Carnilove Dog Fresh Adult Chicken & Rabbit – bütün cinslərdən olan böyüklər üçün toyuq və dovşan ətindən hazırlanmış tam rasionlu, taxılsız quru yem


Ev heyvanının təbii rasionuna maksimal dərəcədə uyğun, təzə ət, meşə meyvələri, otlar və itin ümumi sağlamlığını və dayaq-hərəkət sistemini dəstəkləyən təbii qida maddələri ilə zəngindir. Tərkibinə taxıl və kartof əlavə olunmayıb.

21.50 ₼

256.00 ₼

Qiymət: 21.50 AZN

Təsviri:
Çexiya, Almaniya, İsveç, Şotlandiya, Norveç və Avstraliyanın ən yaxşı təsərrüfatlarından əldə olunan seçilmiş toyuq və dovşan ətindən hazırlanmışdır. Asan həzm olunan, zülal, təbii qida maddələri və dəyərli aminoturşularla zəngin qida olub, itin əzələlərinin və yumşaq toxumalarının tonusda saxlanmasına kömək edir.

Meşə meyvələri, tərəvəzlər və otlarla zənginləşdirilmişdir ki, bu da itə fiziki formasını qorumaq, immunitetini gücləndirmək üçün vacib olan vitamin, mineral və antioksidantları təmin edir.

Tərkibində vitamin A, D3, E, dəmir, yod, sink və selen var – bunlar kompleksi şəkildə orqanizmi gücləndirir və qoruyur. Çikoriy kökü, maya və dəniz yosunları bağırsaq mikroflorasını yaxşılaşdırır və qalxanabənzər vəzin fəaliyyətini stimullaşdırır.

Dəniz xərçəngkimilərin qabıqları və qığırdaq ekstraktı oynaqların sağlamlığına, hərəkətliliyinə, vətərlərin və bağların möhkəmliyinə müsbət təsir göstərir. Şotlandiya qızılbalığından əldə olunan balıq yağı isə Carnilove yemlərinin təbii tərkib hissəsidir – sinir və ürək-damar sistemini möhkəmləndirir, həmçinin itin xarici görünüşünü yaxşılaşdırır (dəri və yun).

Xüsusi bitki kompleksi sayəsində yem həzm sisteminin normal fəaliyyətini dəstəkləyir və nəcisin keyfiyyətini yaxşılaşdırır.

Tərkibində yoxdur:

  • Taxıl və kartof (itlərin təbii rasionunda yoxdur)

  • Kimyəvi maddələr, konservantlar, süni rəngləndiricilər və dadlandırıcılar


Tipik analiz:

Komponent Miqdar
Zülallar 35%
Yağlar 18%
Kül 8,5%
Xam lif 3,5%
Rütubət 10%
Kalsium 1,4%
Fosfor 1%
Enerji dəyəri 382 kkal / 100 q
Vitamin A 20 000 BV
Vitamin D3 1 500 BV
Vitamin E 400 mq
Omeqa-3 0,6%
Omeqa-6 1,7%

Tərkibi:

Təzə sümüksüz toyuq (40%), qurudulmuş dovşan (20%), qurudulmuş ördək (10%), balqabaq, noxud, noxud dənəsi, toyuq yağı (tokoferollarla qorunmuş, 5%), toyuq ciyəri (3%), qızılbalıq yağı (2%), alma, yerkökü, kətan toxumu, dəniz xərçəngkimilərin qabığı hidrolizatı (qlükozamin mənbəyi, 0,026%), qığırdaq ekstraktı (xondroitin mənbəyi, 0,016%), pivə mayası (mannan-oligosaxarid mənbəyi, 0,015%), çikoriy kökü (frukto-oligosaxarid mənbəyi, 0,01%), Yucca Schidigera (0,01%), dəniz yosunu (0,01%), pıtraq (0,01%), kəklikotu (0,01%), rozmarin (0,01%), oregano (0,01%), zoğal (0,0008%), mavi yaban mersini (0,0008%), çaytikanı (0,0008%), zəncəfil kökü (0,0008%), adaçayı (0,0008%).

Əlavələr (1 kq-a): Vitamin A – 20 000 BV, Vitamin D3 – 1 500 BV, Vitamin E – 400 mq, Sink – 85 mq, Dəmir – 70 mq, Manqan – 35 mq, Yod – 0,65 mq, Mis – 15 mq, Selen – 0,2 mq.


Yemləmə norması:

İtin çəkisi (kq) Günlük norma (qram)
5 75
10 130
20 220
30 280
40 350
50 410
60 470
70 530
80 580
90 640

⚠️ Yem itin çəkisinə və fiziki aktivliyinə uyğun verilməlidir. Normaya riayət edin, amma itin fərdi ehtiyaclarını və enerji sərfini də nəzərə alın.
Həmişə təmiz içməli suya çıxış imkanı olmalıdır. Quru və sərin yerdə saxlanılmalıdır

Daha çox oxu
Təfərrüat Dəyər
Brend Carnilove
Ev heyvanının ölçüsü Böyük, Orta
Heyvan İtlər
Heyvanın cinsi Böyük cinslər üçün, orta cinslər üçün
Məhsulun həcmi 12 kg
Məhsulun növü Quru yem
Məhsulun təyinatı Aktivlik, Taxılsız, Sümük və əzələ, Əzələlər, Xolisitk, Əzələ-hərəkət sistemi, Enerji və vitaminlər
Qablaşdırma Kisə
Ticarət nişanı
Yem tərkibi (bitkilər) Otlar, Meyvələr
Yemin sinfi Xolistik
Yemin tərkibi (ət, balıq) Dovşan, Toyuq
İstehsalçı ölkə Çex

Pet-Continent şirkəti, böyük təcrübə və dəyərli biliklərlə, ev heyvanları üçün məhsulların istehsalı və satışı sahəsində uğurla çalışır. "Pet-Continent" mükəmməl keyfiyyətli məhsullarla işləyir.

Şirkətin təchizatçıları öz sahələrində liderdirlər. Şirkət əməkdaşları öz sahələrində peşəkardırlar.

Bu gün "Pet-Continent" yüksək keyfiyyətli ev heyvanı məhsullarının istehsalı və satışı, logistika xidmətləri kompleksi təqdim etməsi, yeni rəqabətqabiliyyətli məhsulların yaradılması üzərində aktiv işləyən aktiv inkişaf edən bir şirkətdir.

Şirkət Almaniya, İtaliya, Çexiya, İspaniya, Hollandiya, Portuqaliya, ABŞ, Böyük Britaniya kimi 60-dan çox xarici şirkətlə işgüzar əlaqələrə malikdir.

Şərh bildirmək üçün daxil olun

Rəy bildirmək üçün daxil olun