Carnilove Cat Duck & Pheasant Hairball Control – böyüklər üçün tüklərin çıxarılmasını dəstəkləyən, ördək və fəzandan hazırlanmış tam taxılsız quru yem
Təsviri:
Heyvanın təbii rasionuna maksimal dərəcədə uyğun quru yemdir. Çexiya, Almaniya, İsveç, Şotlandiya, Norveç və Avstraliyanın ən yaxşı təsərrüfatlarından diqqətlə seçilmiş ət ilə zəngindir. Asan həzm olunan, təbii qida maddələri və aminoturşularla zəngin yem pişiyin əzələlərinin tonusda saxlanmasına kömək edir.
Tərkibində olan təbii maddələr və lif kompleksi pişiyin metabolizmini yaxşılaşdırır, həzm traktında yığılan tüklərin çıxmasına kömək edir. Meşə meyvələri, tərəvəzlər və otlarla zənginləşdirilmişdir ki, bu da pişiyin fiziki formasını, immunitetini və sidik-cinsiyyət sisteminin sağlamlığını dəstəkləyən vitamin, mineral və antioksidantlar təmin edir.
Çikoriy kökü və dəniz yosunu pişiyin bağırsaq mikroflorasına müsbət təsir göstərir və qalxanabənzər vəzin fəaliyyətini stimullaşdırır. Xərçəngkimilərin qabıqları və qığırdaq ekstraktı oynaqların sağlamlığına, bağ və vətərlərin elastikliyinə kömək edir.
Şotlandiya qızılbalığından alınan balıq yağı Carnilove yeminə təbii şəkildə daxildir və omeqa-3 yağ turşularının əla mənbəyidir. Bu maddələr sinir və ürək-damar sistemini möhkəmləndirir, həmçinin dəri və yunun sağlamlığını dəstəkləyir.
Tərkibində yoxdur:
-
Taxıl və kartof (pişiklərin təbii rasionunda yoxdur)
-
Kimyəvi maddələr, konservantlar, süni rəngləndiricilər və dadlandırıcılar
Tipik analiz:
Komponent | Miqdar |
---|---|
Zülallar | 40% |
Yağlar | 18% |
Kül | 7,8% |
Xam lif | 5% |
Rütubət | 10% |
Kalsium | 1,4% |
Fosfor | 1,1% |
Enerji dəyəri | 380 kkal / 100 q |
Maqnezium | 0,08% |
Vitamin A | 23 000 BV |
Vitamin C | 300 BV |
Vitamin D3 | 940 BV |
Vitamin E | 650 mq |
Omeqa-3 | 0,33% |
Omeqa-6 | 2,28% |
Tərkibi:
Ördək unu (34%), fəzandan hazırlanmış un (25%), sarı noxud (12%), toyuq yağı (tokoferollarla qorunmuş, 6%), çuğundur pulpası (5%), ördək filesi (5%), tapioka nişastası (2%), toyuq ciyəri (3%), alma (2%), qızılbalıq yağı (2%), yerkökü (1%), kətan toxumu (1%), noxud (1%), xərçəngkimilərin qabığı hidrolizatı (qlükozamin mənbəyi, 0,026%), qığırdaq ekstraktı (xondroitin mənbəyi, 0,016%), pivə mayası (mannan-oligosaxarid mənbəyi, 0,016%), çikoriy kökü (frukto-oligosaxarid mənbəyi, 0,012%), Yucca Schidigera (0,01%), dəniz yosunu (0,01%), pıtraq (0,01%), kəklikotu (0,01%), rozmarin (0,01%), oregano (0,01%), zoğal (0,0008%), mavi yaban mersini (0,0008%), moruq (0,0008%).
Əlavələr (1 kq-a): Vitamin A – 23 000 BV, Vitamin D3 – 940 BV, Vitamin E – 650 mq, Vitamin C – 300 mq, Taurin – 2 400 mq, Xolin xlorid – 2 200 mq, L-karnitin – 65 mq, Niasinamid – 45 mq, Biotin – 1,8 mq, Sink – 100 mq, Dəmir – 48 mq, Manqan – 55 mq, Yod – 3,8 mq, Mis – 11 mq, Selen – 0,2 mq, L-metionin – 14 mq, Arginin – 12 mq, L-lizin – 10 mq.
Yemləmə norması:
Pişiyin çəkisi (kq) | Günlük norma (qram) |
---|---|
2 – 3 | 68 – 80 |
5 – 7 | 80 – 90 |
7 – 9 | 90 – 100 |
9 – 12 | 100 – 140 |
⚠️ Yem gündəlik çəkiyə və fiziki aktivliyə uyğun verilməlidir. Pişiyin daim təmiz və təzə suya çıxışı olmalıdır.
Təfərrüat | Dəyər |
---|---|
Brend | Carnilove |
Ev heyvanının ölçüsü | Bütün razmerlər üçün |
Heyvan | Pişiklər |
Məhsulun həcmi | 6 kg |
Məhsulun növü | Quru yem |
Məhsulun təyinatı | Taxılsız, Hipoallergik, Qapalı şəraitdə yaşayanlar, Xolisitk, Yun çıxarışı |
Qablaşdırma | Kisə |
Ticarət nişanı | |
Yem tərkibi (bitkilər) | Tərəvəz, Otlar, Meyvələr, Giləmeyvə |
Yemin sinfi | Xolistik |
Yemin tərkibi (ət, balıq) | Ördək, fəzən quşu |
İstehsalçı ölkə | Çex |
Pet-Continent şirkəti, böyük təcrübə və dəyərli biliklərlə, ev heyvanları üçün məhsulların istehsalı və satışı sahəsində uğurla çalışır. "Pet-Continent" mükəmməl keyfiyyətli məhsullarla işləyir.
Şirkətin təchizatçıları öz sahələrində liderdirlər. Şirkət əməkdaşları öz sahələrində peşəkardırlar.
Bu gün "Pet-Continent" yüksək keyfiyyətli ev heyvanı məhsullarının istehsalı və satışı, logistika xidmətləri kompleksi təqdim etməsi, yeni rəqabətqabiliyyətli məhsulların yaradılması üzərində aktiv işləyən aktiv inkişaf edən bir şirkətdir.
Şirkət Almaniya, İtaliya, Çexiya, İspaniya, Hollandiya, Portuqaliya, ABŞ, Böyük Britaniya kimi 60-dan çox xarici şirkətlə işgüzar əlaqələrə malikdir.
Şərh bildirmək üçün daxil olun
Rəy bildirmək üçün daxil olun