Royal Canin Mini Puppy (17 kq) — kiçik cins balalar üçün quru yem
Royal Canin Mini Puppy 2–10 months (2–10 ay) — kiçik cins it balaları üçün tam rasionlu quru yem
ROYAL CANIN® Mini Puppy (Mini Pappi) kiçik cins it balaları (böyüklərinin çəkisi 10 kq-dan çox olmayan) üçün hazırlanmış tam rasionlu quru yemdir. 2 aydan 10 aya qədər olan balaların qida ehtiyaclarını nəzərə alaraq xüsusi formulada hazırlanmışdır.
✅ Üstünlükləri:
-
İmmunitet dəstəyi:
İmmunitet sistemi tədricən formalaşdığı üçün tərkibində vitamin C və E daxil olmaqla effektiv antioksidant kompleksi mövcuddur. -
Beyin inkişafı:
Omeqa-3 yağ turşusu (DHA) ilə zənginləşdirilmiş formula elmi cəhətdən sübut olunmuş şəkildə balaların beyin inkişafını dəstəkləyir. -
Sağlam həzm:
Asan həzm olunan L.I.P.* zülalları və faydalı prebiyotiklər (MOS) sayəsində bağırsaq mikroflorasının balansını qoruyur və sağlam həzm prosesini təmin edir. -
Xüsusi qranullar:
Kiçik çənələr üçün uyğun formada hazırlanmış qranullar balaların asanlıqla qida qəbul etməsinə və dişlərin mexaniki təmizlənməsi hesabına ağız sağlamlığının qorunmasına kömək edir.
ℹ️ Qidalanma dövrü:
10 ay tamamlandıqda balaların böyümə dövrü başa çatır və qida ehtiyacları dəyişir. Bu mərhələdən sonra onları böyüklər üçün nəzərdə tutulmuş ROYAL CANIN® Mini Adult (Mini Adalt) yeminə keçirmək tövsiyə olunur.
Təfərrüat | Dəyər |
---|---|
Brend | Royal Canin |
Ev heyvanının ölçüsü | Küçük (12 aya qədər) |
Heyvan | İtlər |
Heyvanın cinsi | kiçik cinslər üçün |
Heyvanın yaşı | Küçük (12 aya qeder) |
Məhsulun həcmi | 17 kg |
Məhsulun növü | Quru yem |
Məhsulun təyinatı | Böyüyən bədən üçün |
Qablaşdırma | Kisə |
Ticarət nişanı | Royal Canin |
Yemin sinfi | Premium |
Yemin tərkibi (ət, balıq) | Toyuq |
İstehsalçı ölkə | Fransa |
ROYAL CANIN — Fransa istehsalçısı, pişiklər və itlər üçün yemlər, 2002-ci ildən Mars, Incorporated şirkətinin "Masterfood" bölməsinə məxsusdur. "Royal Canin" firması 1967-ci ildə Fransanın Qard qəsəbəsində təsis edilib. Hazırda baş ofisi Fransanın Emarg şəhərində yerləşir.
Royal Canin" şirkətinin ABŞ, Argentina, Braziliya, Almaniya, Rusiya və Kanadada nümayəndəlikləri var.
"Royal Canin" şirkəti həmçinin müxtəlif xüsusiyyətlərə malik heyvanlar üçün yemlərin istehsalına əsaslanan pişik və itlər üçün balanslaşdırılmış qidalanma sahəsindəki inkişafları ilə tanınır: yaşlılıq, uzun tüklər, dəri baxımı, həyat tərzi (hərəkətlilik).
Ev heyvanlarının qidalanmasında yeni bir dövr fransız baytar H. Jan Katari tərəfindən açıldı: 1967-ci ildə bir neçə itin dəri xəstəliyi aşkar etdikdən sonra, onların müalicəsi üçün qarğıdalı yarması, taxıl və ətdən ibarət xüsusi yem qarışığı hazırladı və heyvanları balanslaşdırılmış məhsul qarışığından ibarət bu pəhrizə keçirdi.
Müalicənin uğuru onun yanaşmasının düzgünlüyünü göstərdi - beləliklə quru rasionlar və ROYAL CANIN brendi yarandı.
Baytar həkim aşkar etdi ki, onun dördayaqlı pasiyentlərində ən çox rast gəlinən dəri xəstəlikləri qeyri-balanslaşdırılmış qidalanmadan qaynaqlanır.
Bu gün ROYAL CANIN, digər oxşar məhsulların istehsalçılarına nümunə olan, it və pişiklərin qidalanması üçün dünya bazarında standartları müəyyən edən brendlərdən biridir.
ROYAL CANIN brendinin istisna mövqeyi, ilk növbədə, baytarlıq, qida texnologiyaları, biokimya və biofizikanın ən son nailiyyətlərindən istifadə etmək üçün davamlı səyimizə borcludur ki, bu da yenidən innovativ məhsulların yaradılmasına səbəb olur.
Şərh bildirmək üçün daxil olun
Rəy bildirmək üçün daxil olun