Diş geli Beaphar Toothgel + Enzymes - itlər və pişiklər üçün, 100 qr.


Beaphar Toothgel - it və pişiklərin dişlərinə və ağız boşluğuna müntəzəm qulluq üçün nəzərdə tutulmuş xüsusi geldir.

19.70 ₼

Qiymət: 19.70 AZN

Diş geli Beaphar Toothgel + Enzymes - itlər və pişiklər üçün, 100 qr.

Beaphar Toothgel - it və pişiklərin dişlərinə və ağız boşluğuna müntəzəm qulluq üçün nəzərdə tutulmuş xüsusi geldir.
Vasitə ağız boşluğunun gigiyenasını qorumağa, diş ərpinin yaranmasını azaltmağa və diş daşının əmələ gəlməsinin qarşısını almağa kömək edir.
Fermentlərlə zəngin formula dişlərin təbii şəkildə təmizlənməsinə və diş ətlərinin sağlamlığının qorunmasına kömək edir. Gel dişlərini fırça ilə təmizləməyə imkan verməyən ev heyvanları üçün rahatdır, çünki istifadəsi zamanı mütləq mexaniki təmizləmə tələb olunmur.
Müntəzəm istifadə dişlərin təmizliyini, ağız boşluğunun sağlamlığını və ev heyvanının nəfəsinin təravətini qorumağa kömək edir.

İstehsal ölkəsi: Niderland.
 

Daha çox oxu
Təfərrüat Dəyər
Brend Beaphar
Heyvan İtlər, Pişiklər
Heyvanın yaşı Bütün yaşlar üçün
Məhsulun həcmi 100 gr
Məhsulun növü Gel
Məhsulun təyinatı Diş baxımı
Qablaşdırma Butulka
Ticarət nişanı Beaphar
İstehsalçı ölkə Hollandiya

BEAPHAR - ev heyvanları üçün zəruri məhsullar istehsal edən əsas Avropa şirkətlərindən biridir. 2008-ci ildə Beaphar İtalya, Norveçdə nümayəndəliklərini açıb.

Macarıstan və Yunanıstanda öz satış ofisləri olan nümayəndəliklər açılıb.

BEAPHAR şirkəti 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı Raalte şəhərində Bernard Aa (Far) tərəfindən təsis edilmişdir.

BEAPHAR şirkətinin missiyası, keyfiyyətli məhsullar yaratmaq və sahiblərə ev heyvanlarının qayğısına qalmaqda və sağlamlıqlarını qorumaqda kömək etməkdir.

BEAPHAR ev heyvanları üçün geniş çeşidli yüksək keyfiyyətli məhsullar təklif edir.

BEAPHAR şirkəti davamlı olaraq genişlənmiş və ev heyvanları üçün zəruri məhsullar istehsal edən əsas Avropa şirkətlərindən biri olmuşdur.

Bu gün BEAPHAR məhsullarının 500-dən çox adı mövcuddur.

BEAPHAR brendi Avropa və dünya bazarında güclü və rəqabətqabiliyyətli mövqedədir.

BEAPHAR məhsulları rəsmi distribyutorlar şəbəkəsi vasitəsilə dünyanın 108 ölkəsində təqdim olunur.
BEAPHAR məhsulları çox yüksək keyfiyyətə malikdir və GMP (Good Manufacturing Practice) beynəlxalq standartlarına, yaxud EEC91/412 Avropa tövsiyələrinə - adekvat istehsal təcrübəsinə uyğun olaraq istehsal olunur və məhsulun keyfiyyəti daima nəzarətdə saxlanılır.

Beaphar şirkətinin əsas açar sözü - keyfiyyətdir!

Şərh bildirmək üçün daxil olun

Rəy bildirmək üçün daxil olun